Tarix : 2014 Apr 14
Kod 42527

hicablı bələdiyyə sədri bıçaqlanıb

Son vaxtlar Türkiyədə siyasi gərginliklər artmaqdadır

Arannews - Türkiyə Diyarbəkir vilayəti Hani rayonu bələdiyyəsinin həmsədri,  Sülh və Demokratiya Partiyasının (BDP) üzvü Nevin Oktay naməlum səbəbdən bıçaqlanıb .

Üzündən və ayağından xəsarət alan Nevin Oktay Hani dövlət xəstəxanasında göstərilən ilk tibbi müdaxilədən sonra Diyarbəkir “Diclə” universitetinin tibb fakultəsinə aparılıb .

Hadisəyə münasibət bildirən BDP Hani rayon təşkilatı hadisənin səbəblərinin bilinmədiyini, sədrin çoxlu qan itirdiyini, hazırda onun vəziyyətinin stabil olduğunu qeyd edib .

Son vaxtlar Türkiyədə siyasi gərginliklər artmaqdadır .

Bir neçə gün əvvəl isə CHP sədri Kamal Kılıçdaroğlu yumuruğlanmışdır .


  • Yazılıb
  • da (də) 2014 Apr 14