Tarix : 2014 Apr 05
Kod 42393

əliyev rejimi ilə İsrail arasındakı münasibətlər çox sıxdır

israillilər əliyev rejimilə əməkdaşlıq edib milyardlar qazanmasına baxmayaraq, hələ də burda yaşayan müsəlmanlar İsrail üçün təhlükə mənbəyi sayılır

Arannews - Əgər Azərbaycanla İsrail arasında münasibətlər bu qədər yüksək səviyyədədirsə, ölkəmizdə kriminal vəziyyət sabitdirsə, onda hansı əsasla Azərbaycanın adı zaman zaman arzu olunmayan ölkələr siyahısına salnır ?

Yəqin heç kimə sirr deyil ki, əliyev rejimi ilə İsrail arasındakı münasibətlər çox sıxdır, bununla bağlı İlham Əliyev özü şəxsən onu da qeyd etmişdi ki, İsrail Azərbaycan münasibətləri dərin bir aysberqə bənzəyir, görünən münasibətlərdən başqa isə bir də aysberqin görünməyən tərəfləri var, bu barədə ictimaiyyət məlumatlı deyil .

İsraillilər Azərbaycandan bəlkə də heç yerdə olmadığı qədər maddi xeyr götürür, bu cür şəraiti onlar üçün yaradan isə İlham Əliyevdir. Məlumdur ki, yəhudilər Azərbaycandan başqa həm də digər postsovet respublikalarında da yaşayıblar, o cümlədən Ukrayna və Rusiyada. Bu ölkələrdən də İsrailə köçüb gedən yəhudilər var, onlar da arabir keçmiş vətənlərinə dönür, ordakı evlərində, villalarında yaşayırlar .

Azərbaycan ictimai təhlükəsizlik, kriminal sabitlik sahəsində Rusiya ilə müqayisədə çox qabağdadır, həqiqətən belədir. Bundan başqa biz Azərbaycandakı kriminal hadisələrin təsnifatına baxsaq görərik ki, burda söhbət əsasən ailədaxili münaqişələr, dələduzluq, narkotik ticarəti və xırda oğurluq halları yer alır. Şükür Allaha ki, terror hadisələri heç zaman baş verməyib, baş verəndə də erməni xüsusi xidmət

israillilər əliyev rejimilə əməkdaşlıq edib milyardlar qazanmasına baxmayaraq, hələ də burda yaşayan müsəlmanlar İsrail üçün təhlükə mənbəyi sayılır .

orqanlarının azərbaycanlılara qarşı törətdiyi terror halları olub .

Azərbaycanda antisemit baxışlarına görə kriminal hadisə heç zaman olmayıb. Məsələn, Rusiya və Ukraynada isə sinaqoqlara hücum, yəhudilərə qarşı zorakılıq halları az verməyib. Ancaq bu gün İsrail mətbuatının yaydığı məlumata görə, bu ölkənin Terrorla Mübarizə üzrə Qərargahı Pesax bayramı ərəfəsində yəhudilərin səfər üçün çəkinməli olduğu ölkələrin siyahısına Azərbaycanın da adının salınması təəccüb doğrumaya bilmir .

Bu o deməkdir ki, Azərbaycan israillilər üçün məhz yəhudi olduqlarına görə təhlükəsiz ölkə sayılmır. Əvəllər də İsrail hökuməti bu tip xəbərdarlıqlar edib, lakin rəsmi şəxslər heç zaman bu cür xəbərdarlığa reaksiya verməyib. Bu nə deməkdir? Əgər Azərbaycanla İsrail arasında münasibətlər bu qədər yüksək səviyyədədirsə, ölkəmizdə kriminal vəziyyət sabitdirsə, onda hansı əsasla Azərbaycanın adı zaman zaman arzu olunmayan ölkələr siyahısına salnır ?

Bu sual əlbəttə İsrail hökumətinə ünvanlanmalıdır, bizim belə bir imkanımız olmadığı üçün özümüz cavablandırmağa çalışaq. Belə çıxır ki, israillilər əliyev rejimilə əməkdaşlıq edib milyardlar qazanmasına baxmayaraq, hələ də burda yaşayan müsəlmanlar İsrail üçün təhlükə mənbəyi sayılır. Azərbaycan müsəlmanları nə qədər sakit, sülhpərvər, itaətkar olsalar belə onların quru adı İsrail üçün qorxulu bir təhlükə mənbəyi hesab olunur.


  • Yazılıb
  • da (də) 2014 Apr 05