Tarix : 2014 Mar 25
Kod 42332

QAT-dan Minsk qrupuna qarşı aksiya

“Qarabağa azadlıq!”, “22 illik Minsk qrupuna bəsdir deyirik!”,“Minsk qrupunun ermənipərəst fəaliyyətinə son!”, və digər plakatları qaldırmış, “Rədd ol!” şüarları səsləndirmişlər
bir qrup QAT üzvü ATƏT-in Bakı ofisi qarşısında Minsk qrupunun buraxılması tələbi ilə aksiya keçirib. Aksiyada QAT təmsilçiləri Akif Nağı, Nəsib Cəfərov, Gültəkin Quliyeva, Fəridə Əsgərova, Paşa Dadaşov və digərləri çıxış edərək Minsk qrupunun artıq 22 ildir ki, mənasız fəaliyyət göstərdiyini, ermənipərəst mövqe tutduğunu, işğalın nəticələrini aradan qaldırmağa deyil, qoruyub saxlamağa çalışdıqlarını bildiriblər. Çıxışçılar onu da bildiriblər ki, Rusiyanın özü işğalçı və ermənipərəstdir, ABŞ erməni lobbisinin təsiri altındadır, Fransa isə ermənilərin hamisidir. Belə olan halda bu üç ölkənin həmsədrliyinin davam etdirilməsi absurd və Azərbaycana qarşı təhqirdir. Akif Nağı xüsusi olaraq vurğulayıb ki, həmsədrlər Azərbaycan xalqının etirazını nəzərə alıb, özləri vasitəçilikdən imtina etməlidirlər, xalqın səbr kasasının daşacağı, onları daş-qalaq edəcəyi günü gözləməməlidirlər.
Aksiya iştirakçıları Azərbaycan, ingilis, rus dillərində “Qarabağa azadlıq!”, “22 illik Minsk qrupuna bəsdir deyirik!”, “Minsk qrupunun ermənipərəst fəaliyyətinə son!”, və digər plakatları qaldırmış, “Rədd ol!” şüarları səsləndirmişlər. Sonda aksiya iştirakçıları bəyanat qəbul etmişlər. Bəyanatda göstərilir: ATƏT Minsk qrupunun yarıtmaz və ermənipərəst fəaliyyətinin artıq 22 ili tamam olur. Bu vaxt ərzində Minsk qrupu, onun həmsədrləri tərəfindən heç bir səmərəli, ədalətli, obyektiv fəaliyyət göstərilməmiş, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üçün heç bir cəhd edilməməmişdir. Həmsədrlər yalançı vədlərlə Azərbaycan xalqının aldadılması, Azərbaycanın təslimçi sülhə təhrik edilməsi, işğalçı Ermənistanın əsassız iddialarının yerinə yetirilməsi ilə məşğul olmuşlar. Məhz onların ermənipərəst mövqeyinin nəticəsidir ki, Ermənistan bu gün zəbt etdiyi Azərbaycan torpaqlarını nəzarətdə saxlayır, işğal etdiyi ərazilərdən çıxmaq istəmir və həyasız bəyanatlarla çıxış edir.
Minsk qrupu, onun həmsədrləri 22 il ərzində, istəsəydilər, məsələyə obyektiv yanaşsaydılar, münaqişənin nizama salınması, təcavüzkarın yerində oturdulması üçün çox işlər görə bilərdilər. Lakin onlar iş görmək əvəzinə, görüntü yaratmaqla məşğul oldular və nəticədə həddindən artıq çox vaxt keçdi. Biz daha gözləyə bilmərik. Torpaqlarımız işğaldan azad olunmalıdır. Biz torpaqlarımızı işğal etmiş düşmənə, ermənilərə nifrət hissi ilə yaşayırıq. Bizi bu nifrətimizdə heç kəs qınaya bilməz, bu, haqlı nifrətdir. Eyni zamanda bizim içimizdə düşmənə havadarlıq edən qüvvələrə, birinci növbədə Minsk qrupu həmsədrlərinə də nifrət hissi yaranır və getdikcə güclənir. Hər şeyin öz məcrasına qayıtmasının ancaq bir yolu var – torpaqlarımız özümüzə qaytarılmalı, haqq ədalət bərpa olunmalıdır. Bütün bunları nəzərə alaraq tələb edirik:
1. ATƏT Minsk qrupunun həmsədrləri dərhal Ermənistanın Azərbaycana qarşı işğalçı və təcavüzkar hərəkətlərini pisləyən bəyanat qəbul etməli, Ermənistanın işğalçı və təcavüzkar hərəkətləri ilə bağlı BMT Təhlükəsizlik Şurasında məsələni müzakirəyə çıxartmalı, işğalçı Ermənistana qarşı qəti qərarların qəbul edilməsinə nail olmalıdır.
2. Əks halda, Minsk qrupu həmsədrləri öz fəaliyyətlərinə xitam verməli, regiondan rədd olub getməlidirlər. Minsk qrupu, onun həmsədrlərinin fəaliyyətinin hər hansı formada davam etdirməsini yolverilməz hesab edirik.
3. Minsk qrupu həmsədrləri bu qədər vaxt ərzində göstərdikləri yalançı, aldadıcı fəaliyyətlərinə görə Azərbaycan xalqından üzr istəməlidirlər.


  • Yazılıb
  • da (də) 2014 Mar 25