Tarix : 2014 Jan 20
Kod 41724

İlham Əliyevin saat «blefi»

Bu mükafata görə sizə minnətdaram. Bu saat çox gözəl və bahalı saatdır. Ona görə, mən bunu bağlaya bilmərəm
ANS şirkətlər qrupu və Milli Qəhrəman Çingiz Mustafayev adına Fondu “2013-cü ilin adamı” mükafatını növbəti dəfə İ. Əliyevə təqdim edib. Təqdimat mərasimində bir məqam diqqəti cəlb edib. İ.Əliyev ona təqdim olunan bahalı saat mükafatını qoluna taxa bilməyəcəyini deyib: “Bu mükafata görə sizə minnətdaram. Bu saat çox gözəl və bahalı saatdır. Ona görə, mən bunu bağlaya bilmərəm».

Ötən müddət ərzində istər dövlət başçısı, istərsə də onun ailə üzvlərinin sahib olduğu əmlaklar barədə mətbuatda kifayət qədər məlumat dərc olunub. İstər Dubay mülkləri, istərsə də offşor zonalardakı gizli şirkətlər barəsində yayılan konkret faktlara münasibət bildirilməyib. Bütün bunlar nəzərə alınarsa, İ.Əliyevin bahalı saatla bağlı bu cür jesti ekspertlər tərəfindən siyasi gediş kimi dəyərləndirilir.



Nurəddin Məmmədli: «Bu cür addımlarla cəmiyyətin diqqətini ölkənin problemlərindən, rellıqlardan yayındırmaq mümkün deyil»


AXCP sədrinin müavini Nurəddin Məmmədli bildirdi ki, siyasətdə populist ideyalara, iddialardan imtina addımlarına rast gəlmək olar. Amma bu o vaxt edilir ki, cəmiyyət ölkədə baş verənlərdən xəbərdar olmur. Təbii ki, İlham Əliyevin bu günkü hədiyyələrdən, sərmayələrdən imtinası onun barəsində formalaşan imicin aradan götürülməsinə əsas vermir. Qəbul olunmasa belə, İlham Əliyev təklif edə bilərdi ki, xahiş edirəm bu saatı sataraq, əldə olunan vəsapiti ehtiyacı olan adamların fonduna köçürəsiniz». N.Məmmədli hesab edir ki, bu cür addımlarla cəmiyyətin diqqətini ölkənin problemlərindən, rellıqlardan yayındırmaq mümkün deyil.



Eldəniz Quliyev: «Dövlət başçısı belə humanist və demokratik düşüncə sahibidirsə, Dubay villaları, offşordakı yatırımlar barədəki faktlara aydınlıq gətirsin»


Milli Şuranın üzvü, El Hərəkatının Məclis sədri Eldəniz Quliyevin fikrincə, İ.Əliyevə təqdim olunan hədiyyələrdən imtina olunması da daxili rəyə hesablanan addımdır: «Əgər dövlət başçısı belə humanist və demokratik düşüncə sahibidirsə, Dubay villaları, offşordakı yatırımlar və beynəlxalq mətbuatın gündəmində olan digər ifşaedici faktlara aydınlıq gətirməlidir. Başa düşənlər və düşməyənlər üçün bu addım kənardan gülünc göründü».
  • Yazılıb
  • da (də) 2014 Jan 20