Tarix : 2014 Jan 01
Kod 41524

AİP sədrinin tarixi çıxışının mətni+foto

Nə vaxt dininizə bəla gəlsə, canınızı verib dininizi qoruyun
Bu gün beynəlxalq aləmdə və ölkəmizdə mühüm məsələlərdən biri hicab məsələsidir ki, müsəlmanlar başda olmaqla bütün insanlar buna görə çox narahadır. Misir Mərdanov bu məsələdə eyni inadkarlığı edib, hətta inadkarlığından da kənar öz çıxışlarında bildirib ki, məsələ Azərbaycanın xaricindən həll olan bir məsələdir, yəni Azərbaycan xalqının hicabla bağlı heç bir adiyyatı yoxdur. Yəqin Misir Mərdanov cənabları ya özləri Azərbaycanda dünyaya gəlməyib, ya valideyinləri Azərbaycanda yaşamayıb, ya da Azərbaycandan kənarda yaşayıblar bu adamlar. Yəni Azərbaycana mənsub bir şəxs deyil bir mənada. Azərbaycan xalqı müsəlman bir xalq olub, Azərbaycan xalqı İslam dinini ilk gündə qəbul edən və ona əməl edən bir xalqdır. İslamın vacibatlarından biri də hicabdır və həmişə buna sadiq qalan bir xalqdır. Buna görə də nəzər etsək görərik ki, şəhid Mübarizlər, şəhid Fəridlərin də tərbiyəsi o pak anaların, hicablı anaların qucaqlarında böyüyüb tərbiyə tapıblar. Bu insan nə Qurani-Kərimdən, nə İslamdan yaxından agahlığı lazımi həddə yoxdur, nə də Azərbaycan tarixilə yaxından tanışlığı yoxdur. Azərbaycan xalqından uzaq bir insanlarımız var ki, bu iddialarla səhnəyə gəlirlər. Sonra da öz çıxışlarında deyəndə ki, bu məsələ xaricdən gəlir, sual ortaya çıxır ki, xaric deyəndə həmin şəxslər kimi nəzərdə tuturlar? Olmaya xaric deyəndə keçən əsrdə on milyonlarla günahsız insanın qanına qəltan olmasına səbəb olan və bu əsrin əvvəlində də 1.3 milyondan çox və 100 mindən çox iraqlı, əfqanıstanlı, pakistanlı, yəmənli bizim günahsız müsəlman qardaşlarımızı qanına qəltan edən və bu gün də onların ayaqqabılarını özlərinə atdıq deyərək şərəf hesab edən bəlkə Amerika və sionizmi nəzərdə tutursunuz, kimi nəzərdə tutur xaric deyəndə? Və yaxud “Vaşinqton Post”, “Nyu York Tayms” kimi qəzetlərdə ölkə prezidenti İlham Əliyevin milyardlarla və onun ətrafındakı məmurların milyardlarla Azərbaycan xalqını, dövlətini qarət elədiyi xarici banklara çəkərək 100 milyonluq adalar və ya imarətləri almaqla və Azərbaycan xalqına bir mənalı olaraq dağ çəkən bu insanları bəlkə nəzərdə tutur? Yada ki, “Le Figaro” qəzetində biz bilirik ki, ölkə prezidentinin ailəsinə o əxlaqsızlığı nisbət veriblər, bu gün Azərbaycan qəzetlərində “Le Figaro” qəzetinin üzrxahlığını çatdırırlar, amma demirlər nəyə görə üzrxahlıq eliyir, bəlkə xaric deyəndə bu insanlar bunu nəzərdə tuturlar? Nəyi nəzərdə tuturlar xaric deyəndə? Bir şəffaf danışsınlar nəyi nəzərdə tuturlar.


Bu gün həqiqətləri açıq demək lazımdı, nə vaxta qədər gizlədəcəyik, nə qədər məmur-məmur deyib bu məsələni səhnənin kənarına salacağıq. Bu gün Azərbaycan xalqı zəngin neft və qaz yataqlarına və digər təbii sərvətlərə malik olmasına baxmayaraq, bir Azərbaycan cavanı üçün ölkədə bir iş yeri tapılmır. 3 milyondan çox 4 milyona yaxın Azərbaycan vətəndaşı ölkədən didərgin düşüb. Azərbaycan övladı Avropada, qərb ölkələrinin müxtəlif lager və düşərgələrində və yaxud da Rusiyanın o soyuq bir mühitində qalmağa razıdır, amma öz vətəni Azərbaycana qayıtmağa razı deyil. Kimdi bu mühütü yaradan? Azərbaycanda əgər bir cavan istəsə istehsalatla məşğul olsun, biznes və digər sahələrdə bir işlə məşğul olsun, görünməyən və qanunda olmayan elə vergilər onların boynuna qoyurlar ki, cavan məcbur olur ki, o işdən əl götürüb ya cinayətə əl atsın, ya da ölkəni tərk edib çxıb getsin.

Əzizlərim, Azərbaycanda ədalətsizlik və rüşvət o həddə çatıb ki, müşahidə etsək görərik ki, hətta Kürün təmizlənməsi üçün ayrılan lazım olan pul vəsaitləri rüşvətxor məmurlar tərəfindən yeyilib. Nəticədə görürük ki, bu hadisədən sonra Kürdə böyük bir daşqınlıq baş verir və ətrafda yaşayan insanlar su altında qalır. Belə bir acınacaqlı vəziyyətdə on minlərlə insan olduğu, bir kisə una möhtac olan insanlar olduğu halda, Bakıda görürük ki, “Gül” bayramı keçirərək 10 milyonlarla, bəlkə də 50 milyon civarında və ondan da artıq xalqın beytul-malı (sərvəti) zay olur, xalq isə orada möhtac vəziyyətindədir.

Televizor və radio şəbəkələrində olan əxlaqsızlıqlardan heç danışmağa dəyməz. Azərbaycan İslam Partiyası (AİP) bununla əlaqədar Azərbaycan Respublikası Milli Televiziya və Radio şurasına müraciət edib. Müraciətin cavabında Nuşirəvan Məhərrəmov da qeyd edib ki, biz də bu məsələni qəbul edirik və bu acınacaqlı vəziyyətin belə olmasına biz də öz etirazımızı bildiririk. Nuşirəvan Məhərrəmov həmçinin deyir ki, amma nə edək ki, Azərbaycan Respublikasının Qanununu 2-ci maddəsində Azərbaycan Respublikasının teleradio yayımında yayımçıların yaradıcılıq və redaksiya fəaliyyətinə müdaxilə etmək haqqımız yoxdu. Yəni onlar hər nə istəsə edə bilərlər, amma biz gedib deyə bilmərik ki, sən bu camaatın balasını niyə pozğunluğa çəkirsən, niyə bu fəsadlı filimləri verib ailələri dağıdırsan, biz bunu deməyə haqqımız yoxdur. Bu qanunlar harda tənzim olunur, bunların hökmü hardan gəlir, hansı milli-mental xüsusiyyəti nəzərə alıb bu qanunlar tənzim olunub? Biz sual edirik, hardan bunlar gəlib çıxır?! Haqqı bəyan edərək camaata çatdıılran vaxt gəlib çatıb.


Bu gün Azərbaycan xalqı, Məhərrəm ayında matəm saxlayaraq 1400 il bundan qabaq olan faciələri bir-bir təhlil etsə görərik ki, İmam Hüseynin (ə) başına nə cür faciələr gəldi? Əgər biz bu faciələrə nəzər salsaq görərik ki, 1400 il bundan qabaq Yezid ibni Müaviyənin elədiyi əməllər bu gün Azərbaycan prezidentinin elədiyi əməllərlə heç bir fərqi yoxdur. O da cavanlığında fasiq, qumarbaz bir şəxs kimi tanınıb, Azərbaycan prezidentinə də baxsaq görərik ki, öz cavanlığında istər Azərbaycan mətbuatında, istərsə də Türkiyədə olan hadisələrə nəzər eləsək bu hallardan qıraq deyil. Hakimiyyətə gələndən sonra da Yezid ibni Müaviyəni görərik ki, gəlişi ilə birinci azanın səsinin qabağını almasına səy edir, çünki Müaviyyə ibni Əbusufyanın hədəfləri idi ki, Peyğəmbərin (s) sədası asimanalara qalxmasın.

Bu gün də görürük ki, Azərbaycanda bu proseslər gedir. Yezid ibni Müaviyə Allahın evinə hücum edərək od vurub yandırır, bu gün də görürük ki, Azərbaycanda bir neçə məscidlər təxrib olunur, müsəlmanların başına tökülür və bu cür də davam edir. Hətta Azərbaycanda məscid məhkəməyə verilir və müsəlman xalqının qarşısında insanlar keçib indi məscidi məhkum etməyə başlayırlar. Təəssüflər olsun ki, Azərbaycan xalqı belə faciələrlə qarşılaşıb. Necə ki, Yezid ibn Müaviyə “Lat” və “Uzza” kimi bütləri səhnəyə gətirib insanları bütpərəstliyə dəvət edirdisə, bu gün Azərbaycan cəmiyyətində də Heydər Əliyevin bütünü təşkil edib cəmiyyəti onun altından keçirdirlər ki, camaat bu bütə sitayiş etsin.

O gün Kərbəlada Yezid ibni Müaviyənin ordusu İmam Hüseyni (ə.s) şəhid edəndən sonra, Peyğəmbərin (s) hərəminə hücum çəkib, Peyğəmbərin (s) qız balalarının məcərinə əl ataraq onları “Ya Məhəmməda, ya Məhəmməda” deyərək səhralara salırlar. Bu gün də biz görürük ki, həmin İmam Hüseynin (ə) məktəbinin ardıcıllarının, onların övladlarının baş örtüyünə yenə xəyanət əllər uzanıb. Həmin səhnələrdi. Getdikcə də bu məsələlər dərinləşir, daha da şiddətlənir. O zamanlar da günahsız insanları zindanlara salırdıalar, min cür işgəncələr verirdilər. Bu gün də bizim 5 nəfər əziz qardaşlarımızı, küçələrə çıxıb “Ya Məhəmmədə” deyib Peyğəmbərin (s) adını istəyiblər yaşatsınlar, şəhidlik məqamın istəyiblər yaşatsınlar, amma görürük ki, həmin günahsız balalarımıza 21 il 6 ay iş veriblər. Hacı Əli qardaşımız bəlkə 200-dən çox insana Quran öyrədib, Quran təlimi verib. Həmçinin, müxtəlif ilahi şüarları divarlara yazanda, narkotiklə ona bəhanə edib 2 il 6 ay belə günahsız insana cinayət işi qaldırıblar. Azərbaycan hansı istiqamətə gedir? Hansı tərəfə hərəkət edir? Belə getsə biz görürük ki, 37-ci ilər burada gərək yenidən təzələnsin və xalqımız belə bir faciyəyə tərəf gedir. Buna görə Peyğəmbər (s) buyurur ki, “Nə vaxt dininizə bəla gəlsə, canınızı verib dininizi qoruyun!”. Məgər bu gün o vaxt gəlib çatmayıb? Buna görə də Azərbaycan xalqı gərək bu məsələdə ayağa qalxsın və oyaq olsun. Əgər bir şəxslər bizim dinimizə, bizim mənəviyyatımıza, bizim axirətimizə əl uzadarlarsa biz də onların dünyasına əl uzadarıq.

Bu gün Azərbyacan xalqı belə bir zalım rejimin və onun Yezid sifətli rəhbərin gərək hakimiyyətinə son qoysun. İnanın bundan o tərəfi yoxdu. İnanın bundan o tərəfi böyük bir faciələrdi. Yəhudilər burada nələr hazırlayıb? Yezid ibni Müaviyənin ətrafında əgər yəhud və nəsranilər məşvərətçi kimi var idisə, indiki hakimiyyət tam surətdə yəhudun ixtiyarıdadır, əzizlərim. Hara istəyirlərsə, ela o istiqamətə də Azərbaycanı aparırlar. Bu gün Azərbaycan xalqını bu zülmün qarşısında durmamağa dəvət edirəm və bu zülmün qarşısını almağa çığırıram. Allah Quranda buyurur ki, (in yənsurukumullah fəla ğalibə ləkum) “Əgər Allah-Təala bizə yardımçı və köməkçi olsa, heç bir kəs bizə qalib gələ bilməz”. Və bu gün Allahın bir bəndəsi kimi, Perğəmbərin (s) bir ümməti kimi bizim hər birimizin vəzifəsidir ki, zülmü bilək, insanlara çatdıraq və onun müqabilində duraq. Mən öz vəzifəmi Allah-Təala qarşısında əncam vermiş bilirəm və bu vəsifəmə əncam verməkdə də fəqət Allah, sən şahidsən ki, sənin rizayətini əldə etməyə xatir bunu elədim, pərvərdigara. Və bundan başqa heç bir şey də güdmürük. Hüseyncan (ə) Kərbəlada gələ bilmədik, bu gün gəlmişik Hüseyncan sənin dinindən və sənin yolundan difa etməyə inşallah. Vəssəlamu aleykum və rəhmətullahi və bərəkətuh! ( Allahın rəhməti və bərəkəti sizin üzərinizə olsun!)
  • Yazılıb
  • da (də) 2014 Jan 01