Tarix : 2013 Dec 05
Kod 41126

Ilham Əliyevdən xalqa qarşı zülmü!!!

Ilham Əliyev xalqı təəccübləndirməyə davam edir

Arannews-Bildiyiniz kimi 2 dekabr tarixində Azərbaycan Tarif Şurasının növbəti iclası keçirilib. İclasda rabitə, hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətlərinin, təbii qazın iri istehlakçılara (“Azərenerji” ASC və “Azərikimya” İB) satışı və bəzi neft məhsullarının satışı tariflərinə baxılıb .

İclasda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin bəzi neft məhsullarının, kimya, alüminium, dağ-mədən filizi əsasında poladəritmə, həmçinin elektrik enerjisi istehsalı müəssisələrinə təbii qazın satışı tariflərinə dair müraciətinə baxılıb və müvafiq tarif tənzimlənməsi həyata keçirilib. Belə ki, Aİ-95 benzinin pərakəndə satış qiyməti 1 litr üçün 80 qəpik, Aİ-92 və Aİ-80 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən edilib, bəzi neft məhsullarının yeni topdansatış qiymətləri təsdiq olunub .

Qeyd edək ki, indiyə qədər Azərbaycanda Aİ-95 markalı benzinin bir litri 60 qəpiyə, Aİ-92 və Aİ-80 markalı benzinin bir litri 55 qəpiyə, dizelin bir litri isə 45 qəpiyə satılırdı. Bu isə o deməkdir ki, birinci markalı benzinin qiyməti 20 qəpik, digər iki markalı benzin və dizelin bir litri isə 15 qəpik qalxıb .

Bəli, Azərbaycan hökuməti xalqı təəccübləndirməyə davam edir. Azərbaycan xalqı dözümlü xalqdır deyib hər cür təcrübəni bu xalqın üzərində sınayır. Ancaq xalq da dözümlü adını öz üzərinə götürərək elə hey ağızına su alıb oturur. Bunu görən hakimiyyət də ürəyi istədiyi kimi hərəkət edir və ürəyi istədiyi kimi də xalqın başına oyun açır .

Bunun son nümunəsi də hakmiyyətin benzin və yanacağın qiymətlərini 30% artırmasında görə bilərik. Yanacaq da elə bir şeydir ki, onun qiymətinin artması ilə hər bir şeyin qiyməti artır. Ən təəccüblüsü də odur ki, Azərbaycan dövləti dövlət tərəfindən maliyələşən idarə və təşkilatlarda çalışan insanların əmək haqqısını 10% artırdığı halda, bütün qiymətlərin qalxıb düşməsi ondan asılı olan yanacağın qiymətini 30% artırır. Əgər belə olacaqdısa onda elə heç əmək haqqı 10% artmazdı və yanacaq da elə öz qiymətində qalardı .

Həqiqətən çox acınacaqlı bir vəziyyətdir. Həmişə müharibə şəraiti, bir milyondan artıq qaçqının olmasını bəhanə gətirərək xalqın firəvan həyat sürməsində çətinliklərin yarandığını deyirlər. Bəs yaxşı əgər bu sadaladığınız problemlər səbəbindən xalqın qeydinə yaxşı qala bilmirsizsə bu zaman niyə onsuzda gündəlik çörək pulunu güc ilə qazanan bu xalqa qarşı əlavə problemlər yaradırsız ?!

Neft özümüzdə, qaz özümüzdə olduğu halda, digrə dövlətlər neft və qaz satdığımız halda niyə bunların qiyməti qalxmalıdır. Qiymətlər enməkdənsə, əksinə qiymətləri qaldırırlar. Bax bu Azərbaycan hökumətinin xalqa qarşı qanuni zülmüdür. Bəzi insanlar prezident seçkiləri zamanı can fəşanlıq edirdilər. Səbəb gətirərək bildirirdilər ki, bundan sonra hər şey düzələcək, şərait yaxşılaşacaq. Yəqin bu qiymət qalxması prezidentimizin onu seçənlərə qarşı bir hədiyyəsi oldu. O qədər xalqın malını, sərvətini yeyib doymayan bu harınlamış rejim hər cür vasitə ilə xalqın əlində olan son qəpiyini də əlindən almaq istəyir .

Yaxşı olar ki, dövlətimiz bizim kimi neft sərvətinə sahib olan bir sıra dövlətlərdə mövcud olan yanacağı qiymətinə nəzər salsın və sonra da xalqın qarşısına çıxaraq hesabat versin .

İran – $0,12

Ərəbistan- $0,20

Qətər – $0,24

Bəhreyn – $0,27

Küveyt - $0,30

Oman - $0,39

Yəmən – $0,45

Bruney -$0,50

Boliviya – $0,53

Misir- $0,61


  • Yazılıb
  • da (də) 2013 Dec 05