Tarix : 2013 Nov 30
Kod 41048

şok

Asim Vasim oğlu Məmmədovun ölümü haqda ən müxtəlif məlumatlar dolaşmaqdadır

Arannews-Bakı Dövlət Universitetinin ikinci kurs tələbəsi, 1994-cü il təvəllüdlü Asim Vasim oğlu Məmmədovun ölümü haqda ən müxtəlif məlumatlar dolaşmaqdadır .

Bəzi saytlarda  və yazılan məqalədə onun öldürüldüyü iddia edilir .

Murad Abilov adlı facebook istifadəçisi yazır: “Asim Məmmədovu qiyabi də olsa tanıyırdım. Bu mərhum nikbin insan olubmuş və ən böyük arzusu hansısa partiyanın lideriylə görüşmək olubmuş .

Belə bir insan niyə intihar etsin axı? Bir məlumat oxuduqdan sonra fikrim tam cəmləndi ki, bu şəxs döyülərək öldürülüb və cəsədi atılıb dənizə. Həm də bulvarda PPX hər vaxt olur. Ən azından mülki sakinlər boğulan birini görüb onu xilas edərdilər. Bu isə öldürülüb və meyit dənizə atılıb. Mən dəqiq bilirəm ki, bu insan dindar idi. Dində də aşkar yazılıb ki, intihar Allah tərəfindən bağışlanmazdır .

A.Məmmədovun ölümü haqda qafqazir.az saytında  yazılan məqalədə də onun öldürüldüyü iddia edilir. Sayt yazır ki, Asimin dənizdən tapılarkən onun burnu sınmış, üzü, böyrəyində, sinəsində xəsarət və zərbə izləri olmağı şəhid edildiyi ehtimalın gücləndirir.


  • Yazılıb
  • da (də) 2013 Nov 30