Tarix : 2013 Nov 21
Kod 40943

Səməd Seyidovun İşğal olunmuş Fələstinə gizli səfəri

Ötən həftə AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri- Səməd Seyidov İşğal olunmuş Fələstinə “məxfi səfər” edib

Ötən həftə AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri- Səməd Seyidov İşğal olunmuş Fələstinə “məxfi səfər” edib.

O, ən yüksək səviyyədə görüşlər keçirib. Azərbaycan tərəfi bu haqda məlumat verməsə də S.Seyidov baş nazir- Benyamin Natanyahu ilə görüşüb.

Rəsmi Bakının bu barədə açıqlama veməməsinin səbəbi hələ ki, bəlli deyil.

Sionist mətbuatında yayılan məlumatlardan məlum olub ki, S.Seyidovun səfəri İsrail –Azərbaycan beynəlxalq assosiasiyası – Azİz və İsrail XİN tərəfindən təşkil olunub.

Səfər başa çatdıqdan sonra İsrailin Bakıdakı səfiri- Rafael Xarpaz jurnalistlərə bildirib ki, yaxın vaxtlarda İsrail və Azərbaycan arasında diplomatik və xidməti pasportları olan Azərbaycan vətəndaşlarının İşğal olunmuş Fələstinə səfərlərinin sadələşdirilməsi haqda saziş imzalanacaq.

O, tezliklə İşğal olunmuş Fələstinə Azərbaycan səfirliyinin açılacağına ümidvar olduğunu bildirib.

Bu məsələ Azərbaycan XİN rəhbəri- Elmar Məmmədyarov və Səməd Seyidovun İşğal olunmuş Fələstinə səfərləri çərçivəsində də müzakirə olunub.

Azərbaycan R. işğalçı İsrail rejimi ilə əlaqələrini gizli şəkildə həyata keçirsə və Azərbaycan mətbuatı bu barədə xəbərsiz qalsa da sionistlərin mətbuatı rəsmi Bakının xoşuna gəlməsə də bunları açıqlayır. Bakı ilə Təl-Əviv arasında imzalanan bir milyard altı yüz milyon dollarlıq silah müqaviləsində də oxşar vəziyyət baş verdi.


  • Yazılıb
  • da (də) 2013 Nov 21