Tarix : 2013 Nov 04
Kod 40767

İranın Qarabağ məsələsinin həlli üzrə layihəsi təqdim ediləcək

Möhsün Pakayin : Bakı və İrəvan qəbul edərlərsə, İranın Qarabağ məsələsinin həlli üzrə layihəsi təqdim ediləcək

Arannews– İranın Bakıdakı səfiri: Bakı və İrəvan qəbul edərlərsə, İranın Qarabağ məsələsinin həlli üzrə layihəsi təqdim ediləcək .

İranın Azərbaycan Respublikasındakı səfiri Möhsün Pakayin Bakıda yayımlanan Həftəiçi qəzeti ilə müsahibədə deyib: Biz öz təklifimizi media ərsəsində ortaya atmaq istəmirik. İki tərəfin razılığı təqdirində bu təklifi bəyan edə bilərik .

 Pakayin İranın Qarabağ məsələsinin həlli üzrə layihəsinin prinsipləri barədə deyib: Rəsmi Tehranın mövqeyi birinci olaraq budur ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü qorunmalı və BMT qətnamələri icra edilməlidir. Diqqət etməliyik ki, Minsk Qrupunun əksər üzvləri BMT Təhlükəsizlik Şurasının da üzvləridirlər.amma özlərinin təsdiq etdikləri qətnamələri belə icra etməyə qadir deyillər. İran regionun başqa ölkələri ilə müzakirə ilə bu münaqişənin həllində yardım edə bilər. aydındır ki, əgər Azərbaycan və Ermənistan İranın vasitəçiliyini qəbul edərlərsə .

Pakayin iranlı tacirlər və sərmayə sahiblərinin Azərbaycan Respublikasında fəaliyyət göstərmək üzrə təmayüllərinin miqdarı barədə deyib: Bir çox iranlı tacir vardır ki, burada müştərək fəaliyyətə malik olublar və ixtilafın yaranmasından sonra onların əmtəə-malları məhv edilib və iflasa uğrayıblar. Son zamanlar bir iranlıya aid olan İmidis adlı bir klinika məhkəmə qərarı ilə bağlandı. Biz bu klinikanın bağlanması haqda əlaqədar orqanlarla məktublaşmalar həyata keçirdik və onlar cavab verdilər ki, bu klinikada laboratoriya xərcləri bahadır və buna görə də bağlatdırılıbdır. Amma məncə bir klinika beləcə səbəblərə görə bağlanmamalıdır. Bu səbəblərə görədir ki, iranlı tacirlər Azərbaycan Respublikasında fəaliyyət üçün o qədər də maraqlı deyillər .

 Pakayin deyib: mövcud problemlərə rəğmən rəsmi rəqəmlərə əsasən ticarət mübadilələrinin həcmi 500 milyondan daha çoxdur. Eyni halda çamadan ticarətinin həcmi də 300 milyon dollardır. Amma potensiallar çox yüksəkdir və biz bu rəqəmi artıra bilərik .

İranın Bakıdakı səfiri İranla Azərbaycan Respublikası arasındakı mədəni mövzular haqda da deyib: Həm Nizami Gəncəvi və həmdə Çövqan oyunu iki ölkənin müştərək mədəni irsinə aiddir. Məncə bu mədəni irs iki xalqın dostluğunun simvolu olmalıdır. Medialar belə məsələləri elə formada əks etdirməlidirlər ki, iki ölkə əlaqələrinə xələl dəyməsin. Eyni halda hər iki ölkədə mədəni məsul şəxslər bu cur məsələlər haqda insafla davranmalıdırlar. Nizami farsdilli bir şairdir və şerlərində söylədiyi kimi Qum şəhərinin yaxınlığındakı Qəhestan kəndində dünyaya göz açıb və Azərbaycanda Gəncə şəhərində dəfn edilib. Buna görə də deyirik ki, bu şəxsiyyət hər iki ölkəyə aiddir, hətta bütün dünyaya aiddir. Biz özümüzün bu iftixarlı şəxsiyyətimizi bir-birimizlə əməkdaşlıqla dünyaya tanıtdırmalıyıq .

 Möhsün Pakayin sonra deyib: Azərbaycan Respublikasında fars dili ilə qarşılaşmaq düzgün hərəkət deyil. Fars dili İran xalqının dilidir. Fizulinin şerlərinin bir hissəsi də ərəb dilindədir. Məgər Azərbaycan Respublikasında ərəb dili ilə qarşılaşma hərəkətləri həyata keçirilir ?

Pakayin deyib: Çovqan qədimdən Əhəmənilər dövründən İran, Qətər, Pakistan və Hindistanda eyni halda Azərbaycanda mövcud olubdur. Buna görə də bütün bu ölkələr bu irsi qorumalıdırlar. əgər bu ölkələrdən biri məsələn Çovqanın inhisarı iddiasında olsa, təbiidir ki, başqa ölkələr etiraz edəcəklər. bu məsələni UNESCO da qəbul etməz. Hətta əgər qəbul etsə belə, region xalqları qəbul etməzlər. türkmən şair Məxtumqulu Fəraqinin qəbri İrandadır. Bu şair həm fars dilində həm də türkmən dilində şerlər söyləyib və İranda anadan olub. Amma bu məsələ səbəb olmur ki, İranda bu şairin türkmən olması inkar edilsin. Hər il bu şairin xatirəsinə İranda mərasim təşkil edilir. Məncə biz bu mədəni müştərəklərdən istifadə edərək, regionda dostluq və sülhü gücləndirməliyik. / Həftəiçi qəzeti


  • Yazılıb
  • da (də) 2013 Nov 04