Tarix : 2013 Nov 02
Kod 40732

Azərbaycan hökuməti ruhani Taleh Bağırovu 2 il müddətinə azadlıqdan məhrum etdi

Azərbaycan Respublikası hökuməti həbs olunmuş mübariz ruhani Hacı Taleh Bağırovu 2 il müddətinə azadlıqdan məhrum etdi

Azərbaycan Respublikası hökuməti həbs olunmuş mübariz ruhani Hacı Taleh Bağırovu 2 il müddətinə azadlıqdan məhrum etdi.

Bunula bağlı Noyabrın 1-də Sabunçu Rayon Məhkəməsində qərar verilib.

Məlumatı vəkil Cavad Cavadlı verib.

İslamazeri-saytının verdiyi məlumata görə, Ruhani ciddi rejimli həbsxanada cəzasını çəkəcək. Hakim hökmü oxuduqdan sonra məhkəmə zalında olanlardan biri hakimə ayaqqabı atıb və daha sonra saxlanılaraq Sabunçu rayon məhkəməsinə aparılıb.

Hacı Taleh Bağırov martın 31-də həbs olunub və  qanunsuz olaraq narkotik vasitə saxlamada ittiham edilib.

1984-cü ildə Bakıda anadan olan Hacı Taleh Bağırov Azərbaycan İqtisad Universitetini bitirib. 2005-ci ildən 2010-cu ilədək İranın Qum şəhərində, 2010-cu ildən 2011-ci ilin may ayına qədər isə İraqın Nəcəf şəhərində ilahiyyat ixtisası üzrə təhsil alıb.

Avroviziya mahnı yarışı ilə yanaşı gey-parad biabırçılığına etirazlara  görə bəzi hakim dairələrin kin-küdürətinə tuş gəlmiş Hacı Taleh Bağırov 2011-ci il mayın 6-da Təhsil Nazirliyi qarşısında keçirilən hicab aksiyası zamanı həbs olunub və 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və  2012-ci ilin noyabr ayında azadlığa buraxılmışdır .

 


  • Yazılıb
  • da (də) 2013 Nov 02