Tarix : 2013 Oct 28
Kod 40644

Cəmil Həsənli:Oğrulara və korrupsionerlərə Azərbaycanda yer yoxdur

Heç kəs bu seçkilərin nəticələrini tanımır

Arannews--"İstər Azərbaycan xalqı, istər müxalifət, istər beynəlxalq təşkilatlar, ABŞ və Qərb ölkələri bu seçkilərin nəticələrini tanımır ". 

Bunu  bu gün Bakıda keçirilən Milli Şuranın mitingində Cəmil Həsənli  vurğulayıb . 

Milli Şuranın keçmiş prezidentliyə namizədi Cəmili deyib ki, Milli Şura, Azərbaycanın aparıcı siyasi partiyaları, gənc fəallar saxtakarlıqla barışmaq niyyətində deyillər: “Oğrulara və korrupsionerlərə Azərbaycanda yer yoxdur ”. 

Hakimiyyəti seçki saxtakarlığının davamı kimi xalqdan və beynəlxalq aləmdən gizli şəkildə tələsik andiçmə mərasimi keçirməkdə ittiham edən Cəmil Həsənli daha sonra siyasi məhbuslar məsələsinə toxunub, bir neçə nəfərin, o cümlədən Tofiq Yaqublunun, İlqar Məmmədovun, Qurban Məmmədovun, Əvəz Zeynallının,  Dr. Möhsün  Səmədovun, “Nida”çı gənclərin adlarını çəkib və onların azadlığa buraxılmasını tələb edib.

 Cəmil Həsənli qeyd edib ki, bütün çətinliklərə baxmayaraq Milli Şura Azərbaycanda demokratiya uğurunda mübarizədən geri çəkilməyəcək və qələbəyədək yoluna davam edəcək .

  • Yazılıb
  • da (də) 2013 Oct 28