Tarix : 2013 Oct 19
Kod 40535

"Gülüstan reallığı: 200 il ibrət, 50 il mübarizə" adlı xüsusi iclası

Bu müqavilə tarixi bir təcrübədir ki, ondan ibrət almaq olar. Dəyərli və qürurlu İranın qədim tarixinin önəmli hadisələri üçün həmişə toplantı olması və onların yaxşılıqla xatırlanması qərara alınmamışdır

19-cu əsrin ilk yarısında bu hadisənin baş verməsi Qafqaz regionunda bir çox ərazinin İrandan ayrılmasından daha geniş, İran ictimaiyyətinin düşüncəsi, mədəniyyəti, mentalitet sahələrinə və hərbi, təhlükəsizlik və iqtisadi sektorlarına da təsir göstərdi.

Rüsvayçı Gülüstan müqaviləsinin imzalanmasının ildönümü günündə "Gülüstan reallığı: 200 il ibrət, 50 il mübarizə" adlı xüsusi iclas Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzi və Qafqaz Araşdırmalar Müəssisəsinin təşəbbüsü ilə Tehranda keçirilib.

İclasın əvvəlində Qafqaz Araşdırmalar Fondunun icraçı direktoru Mehdi Hüseyni Təqiabad konfransın necə təşkil olunması barədə qısa məlumat verərək və universitet müəllimlərinin Gülüstan hadisələri barədə qələmə aldıqları yazıların məqalələr toplusi kimi çap olacağının nəzərdə tutulduğunu xəbər verib.

İclasda çıxış edən İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar İdarəsinin baş direktoru doktor Mustafa Dövlətyar deyib: "Bu müqavilə tarixi bir təcrübədir ki, ondan ibrət almaq olar. Dəyərli və qürurlu İranın qədim tarixinin önəmli hadisələri üçün həmişə toplantı olması və onların yaxşılıqla xatırlanması qərara alınmamışdır. Amma bəzən özümüzə gəlməli və İranın acı anlarını xatırlamalı və sonra ibrət almalıyıq. Gülüstan müqaviləsinin imzalanması nəticəsində ərazisi geniş olan İranın böyük bir hissəsi İrandan ayrıldı və biz bu hadisələri xatırlamadığımız zaman sanki, ərazilərimizin İrandan ayrılması bizim üçün əhəmiyyətsizdir. Bu acı hadisələr hələ də davam edə bilərdi. Lakin İranın İslam İnqilabı bu hadisələrə son qoydu".

Universitet müəllimi və beynəlxalq məsələlər üzrə ekspert doktor Davud Hermidas Bavənd də rüsvayçı Gülüstan müqaviləsinin təhlil olunması və köklərinin tapılmasının zəruriliyini vurğulayaraq deyib: 12 oktyabr İran və Çar Rusiyası arasında Gülüstan hadisəsinin ildönümüdür. Tarixin böyük hadisələrini sadəcə dastan olaraq oxumamalıyıq ki, təqlid və təkrarla doludur". O, həmçinin Gülüstan hadisəsinin baş verməsində Fransa və İngiltərə dövlətlərinin roluna toxunub, Tükrmənçay müqaviləsindən və İranın bəzi ərazilərini əldən verməsindən danışıb.

Habelə ekspert Rusiyada oktyabr inqilabı və rusların İranın maraqlarının əleyhinə olan bütün müqavilələrin ləğv etmələri və bunun ardınca İranın öz itirdiyi torpaqları geri qaytarmağa çalışmasından danışıb.

İclasın davamında beş universitet müəllimi də aşağıdakı mövzularda çıxış etdilər:

- Tehran Universiteti Tarix dekanlığının elmi heyətinin üzvü və İran Tarix Cəmiyyətinin rəhbəri doktor Dariuş Rəhmaniyan: Gülüstan mövzusu və Qacarilər dövüründən İranda yeni müzakirə

- Fərhəngiyan Universitetinin elmi heyətinin üzvü doktor Nəsrullah Salehi: Cihad yazılarının təsviri qaynaqşünaslığı

- Tehran Universitetinin Tarix fakültəsinin dossenti höccətül-islam vəl-müslimin doktor Rəsul Cəfəriyan: 19-cu əsrin iranlı səyyahlarının səfərnamələrində Arazın şimal hissəsinin İrandan ayrılmasının əks etdirilməsi

- İmam Xomeyni (rh) Beynəlxalq Universitetinin Tarix fakültəsinin dossenti doktor Hüseyn Abadyan: Gülüstan və Türkmənçay müqavilələri arasında Qafqazın ictimai durumu

- İranın Müasir Tarixi Araşdırmalar İnstitutunun tədqiqatçısı Sirus Səidvəndiyan: İran qaynaqlarında (tarix, ədəbiyyat və s.) bu günə kimi Gülüstan müqaviləsinin əks etdirilməsi.

2013-cü il oktyabran 20-si İran və Rusiya Çarizmi arasında müharibələrin birinci dövrünün Qarabağın Gülüstan kəndində sona yetdiyi gündür. 19-cu əsrin ilk yarısında bu hadisənin baş verməsi Qafqaz regionunda bir çox ərazinin İrandan ayrılmasından daha geniş, İran ictimaiyyətinin düşüncəsi, mədəniyyəti, mentalitet sahələrinə və hərbi, təhlükəsizlik və iqtisadi sektorlarına da təsir göstərdi.

Bu hadisənin ibrət götürməli dərslərindən biri iranlı alim və ziyalıların milli kimliyin və hərtərəfli müstəqilliyin gücləndirilməsi, işğaldan qurtulmağa diqqət etmələri olmuşdur. Bu ümidverici fikri hərəkatın ilk qığılcımları 1963-cü ilin iyunun 5-də atıldı və 1978-ci ildə öz səmərəsini verdi.

 

 


  • Yazılıb
  • da (də) 2013 Oct 19