Tarix : 2013 Oct 19
Kod 40525

Polis "Yeni Müsavat" satan gəncləri saxladı

Gənclərin əlində "Yeni Müsavat" qəzeti görən kimi hərəkətə keçiblər

Arannews-Polis "Yeni Müsavat" satan gəncləri saxladı.Yeni Müsavat qəzetinin metrostansiyalarda satışının əngəllənməsi ilə əlaqədar olaraq qəzetin yeni çapdan çıxmış nüsxələrini könüllü və təmənnasız şəkildə yayaraq mətbuata dəstək vermək istəyən gənc siyasi fəallar polislər tərəfindən saxlanılıb. Bu barədə musavat.com-a "Yeni Müsavat" qəzetinin reportyorları məlumat verib .

 Onların sözlərinə görə, gənclər öz aksiyalarına başladıqdan 10 dəqiqə sonra, "Neftçilər" metrostansiyasında polislər tərəfindən saxlanılıblar. Qəribədir ki, metroda hər cür xırdavat satanlara, o cümlədən qəzet, kitab satanlara göz yuman polis gənclərin əlində "Yeni Müsavat" qəzeti görən kimi hərəkətə keçiblər .

 Əməkdaşımızın verdiyi məlumata görə, polis əməkdaşları gənclərin qəzet satmalarını əngəlləməklə yetinməyib, iki gənc fəalı və əməkdaşımız Röya Rəfiyevanı özləri ilə polis bölməsinə aparıblar . 

 Onu da qeyd edək ki, dünən Metropoliten rəhbərliyi metrostansiyalarda qəzet satışına əngəl törədilməsi barədə heç bir göstəriş vermədiyini demişdi, üstəlik, Daxili İşlər Nazirilinin mətbuat xidməti qeyd etmişdi ki, polis əməkdaşları metrostansiyaıarda ticarət işlərinə, o cümlədən qəzet satışına qarışmırlar və istənilən qəzet sərbəst şəkildə satıla bilər.

    

  • Yazılıb
  • da (də) 2013 Oct 19