Tarix : 2013 Aug 18
Kod 39912

Zindan dostluğu

Hacı Tale Bağırov məhbəsdən müsavatçı gəncin dəyanətiinə heyran olduğunu bildirən məktub yollayıb
Arannews-Hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan ilahiyyatçı Tale Bağırov redaksiyamıza məktub göndərib. Məktubda Tural Abbaslını daha əvvəl həbsxanada gördüyünü qeyd edən Taleh Bağırov növbəti həbsi zamanı da gənc liderlə yenidən qarşılaşdığını və ona qarşı olunan işgənclərin izlərini gördüyünü qeyd edir. Məktubu redaksiyamıza T.Bağırov vəkili vasitəsilə göndərib, məktubu təqdim edirik.

“Tural Abbaslı ilə zindanda tanış olduq, zindanda da dostluğumuz davam etdi. Turalın səmimiyyəti, Allaha olan bağlılığı onun simasnda mənim müxalifət düşərgəsinə müsbət fikirim üçün zəmin yaratdı. Yenə də qismət bizi zindanda (Bakı Apellyasiya Məhkəməsində) görüşdürdü. O görüşdən ona qarşı edilən işgəncə, qeyri-insani rəftarın əlamətləri simasında belə açıq-aşkar hiss olunması mənə 31 martda polisdə özümə qarşı edilmiş işgəncəni xatırlatdı. Turalı bu vəziyyətdə görmək mənə çox ağır oldu. Bunlara baxmayaraq Turalın barışmazlığı, əzmkarlığı üzündə yenə parıldayırdı. O öz gəncliyini xalqımızın azad olması üçün qurban verir. Tural kimi gənclərə qarşı biganə qalmayaq.
Hacı Tale Bağırov Kürdəxanı, 16 avqust 2013-cü il".
Xatırladaq ki, Tale Bağırov birinci dəfə 2011-ci il mayın 6-da Təhsil Nazirliyi qarşısında keçirilən hicab aksiyasında həbs olunub və il yarım azadlıqdan məhrum edilib. İkinci dəfə isə bu il martın 31-də Sabunçu polisi tərəfindən həbs olunub. Hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan T.Bağırovun istintaqı DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən aparılır
.(isalamazeri)

  • Yazılıb
  • da (də) 2013 Aug 18