Tarix : 2013 Jul 27
Kod 39706

Milli Şuranın Mitinq Komitəsinin tərkibi tam formalaşır

Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun Avropa səfəri ilə yanaşı qurumun Mitinq Komitəsinin tərkibinin tam formalaşdırılması müzakirə olunub

Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun Avropa səfəri ilə yanaşı  qurumun Mitinq Komitəsinin tərkibinin tam formalaşdırılması müzakirə olunub.

Milli Şuranın üç qurumu - İcra Aparatının, qurumun vahid namizədinin Seçki Qərargahının Planlaşdırma və Təşkilat Şöbələri, Milli Şuranın Mitinq Komitəsinin birgə toplantısıda vahid namizədinin irəli sürülməsi üçün təşəbbüs qrupunun yaradılması və yerlərdə seçici təşəbbüs qruplarının formalaşdırılması, regionlar üzrə Seçki Qərargahının koordinatorlarının müəyyən edilməsi məsələləri müzakirə olunub. Milli Şura üzvləri eyni zamanda vahid namizədin qeydə alınması üçün imza toplayacaq qrupların yaradılması, qrup üzvlərinə treninqlər keçirilməsi ilə bağlı da qərar qəbul edib.

 Vurğulanır ki, Milli Şuranın növbəti sessiyası Rüstəm İbrahimbəyov Bakıya gələndən sonra, yəni avqustun ilk gülərində baş tuta bilər.

 Rüstəm İbrahimbəyov isə bildirib ki, Gürcüstan vasitəsi ilə Azərbaycana dönəcək.

 Bəzi naməlum qaynağlar onun həbs olunma ehtimalından xəbər yayıblar.

 

 

  • Yazılıb
  • da (də) 2013 Jul 27