Tarix : 2013 Jun 03
Kod 38572

“Sionist rejimə bağlı casusluq və terrorçu şəbəkəsi məhv edilib”

İranda 14 iyun prezident seçkiləri günündə təxribatçı hərəkətlər törətməli olan bir terrorçu-casusluq şəbəkəsi İranın təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib
/Aran Agentliyi

İranda 14 iyun prezident seçkiləri günündə təxribatçı hərəkətlər törətməli olan bir terrorçu-casusluq şəbəkəsi İranın təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib.

İranın Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr şöbəsindən verilən məlumata görə, təhlükəsizlik qüvvələri İran və islam düşmənlərinə bağlı bir təxribatçı şəbəkənin varlığı ilə bağlı ip ucu əldə etdikdən sonra, bu şəbəkənin fəaliyyəti ilə əlaqədar hərtərəfli informasiyalar toplamış, terrorçuluq və casusluq fəaliyyətləri əleyhinə fəaliyyətlərini genişləndirmiş və sonda şəbəkənin bütün üzvlərinin kimliyini müəyyənləşdirərək həbs etməyə nail olublar.

Bu terror şəbəkəsinin bütün üzvlərinin həbs edilməsi ilə yanaşı cinayətkar dəstənin gizli silah anbarı da aşkar və zəbt edilib.

Həmçinin İran və islam düşmənlərinə bağlı xarici kəşfiyyat orqanlarının məsul şəxsləri ilə gizli görüşləri özündə əks etdirən video-çarxlar, fotoşəkillər, habelə onların adlarından ibarət siyahı da ələ keçirilən materiallardandır. Ələ keçirilən sənədlər arasında bu cinayətkar dəstənin müxtəlif xəyanətləri ilə bağlı da faktlar mövcuddur. Bu əməliyyatla bağlı detallar lazım gəldiyi zaman ictimailəşdiriləcək.

  • Yazılıb
  • da (də) 2013 Jun 03