Tarix : 2013 Jun 03
Kod 38571

İrandan Türkiyədə baş verənlərə ilk rəsmi münasibət

Türkiyənin Taksim meydanında keçirilən aksiya və nümayişlər Türkiyənin daxili bir məsələsidir.
m/Aran agentliyi

İran Xarici İşlər Nazirliyinin sözcüsü Abbas Əraqçi Türkiyədə son günlərdə davam edən nümayiş və aksiyaların dinc yollarla öz həllini tapacağına ümid etdiklərini bildirib, - “PressTV”.

İranın Xarici İşlər Nazirliyinin sözcüsü bildirib ki, Türkiyənin Taksim meydanında və digər əyalətlərdə keçirilən aksiya və nümayişlər Türkiyənin daxili bir məsələsidir.

“Bu mövzu Türkiyənin öz daxili məsələsidir. Biz yaranmış problemin Türkiyə rəhbərliyi tərəfindən bəsirətli və dinc yollarla həll ediləcəyinə ümid edirik”, - deyə Abbas Əraqçi bildirib.

  • Yazılıb
  • da (də) 2013 Jun 03