Tarix : 2013 Jun 03
Kod 38566

Azərbaycanda polisin adam oğurlaması təsdiqləndi

''Bir neçə nəfər polislə məni vəhşicəsinə döyərək üzümə qarşı var-yoxumu söyürdülər''
m/Aran agentliyi

Bir müddət öncə Avropa.info-da Sabirabadda Maliyyə şöbəsinin müdiri Hüseynağa Gülüşovun evindən oğurluq edilməsi hadisəsi ilə bağlı yazı getmişdi.
Yazıda Sabirabad polisinin rayon sakini Zabit Məhərrəmovdan şübhələndiyi və onu həbs edə bilmədikləri üçün atası Təvəkkül Məhərrəmov və Samir Məhərrəmovu polis şöbəsində girov saxladıları haqqında məlumat getmişdi. Bundan sonra DİN-in Mətbuat Xidmətinin  əməkdaşı  Orxan Mansurzadə bizimlə əlaqə saxlayaraq axtarılan Zabit Məhərrəmovun cinayətkar olduğunu (red- baxmayaraq ki, məhkəmənin qanuni hökmü yox idi) və Avropa.info-nu belə bir şəxsi müdafiə etməkdə ittiham etmişdi. DİN rəsmisi bizi polisə böhtan atmaqda suçlayaraq, Avropa.info-nun  təkzib verməyəcəyi təqdirdə məhkəməyə müraciət edəcəklərini demişdi. Məsələnin məhkəmə predmeti olduğunu və məhkəmədə kimin xeyrinə qərar çıxarılacağını güman etdiyimiz üçün təkzib yazısı dərc etməyə məcbur olduq.Mayın 28-də isə redaksiyamıza təşrif  buyuran Zabit Məhərrəmovun qardaşı  Müşfiq Məhərrəmov yazdıqlarımızın düzgün olduğunu bildirərək Avropa.info-ya açıqlama verdi. Onun dediyinə görə, mayın 10-da Sabirabad rayon Maliyyə şöbəsinin müdiri Hüseynağa Gülüşovun evindən oğurluq olub. Mayın 11-də polis əməkdaşlarının onların yaşadığı mənzilə gəldiyini bildirən M.Məhərrəmovun dediyinə görə, polislər Zabit Məhərrəmovu axtarıblar.” Mayın 12-də isə Samir adlı qardaşımı iş yerindən polis bölməsinə girov kimi aparan Sabirabad polisi bildirdi ki, Zabit Məhərrəmov gəlməyənədək qardaşım Samir polisdə qalacaq.Həmən  gün qardaşımın arxasınca polis şöbəsinə gedən atam Təvəkkül Məhərrəmovu da heç bir səbəb olmadan gecə saat 12-dək polisdə saxlayıblar.Zabit özü isə ona görə, polisdən gizlənirdi ki, bilirdi ki,onu polisə aparsalar işgəncə verəcəklər.Mayın 14-də isə Zabit ailəmizin üzləşdiyi təzyiqlərə dözməyərək özü öz ayağı ilə polis şöbəsinə getdi. Orada oğurluq hadisəsini Zabitin boynuna qoymaq üçün ona olmazın işgəncə veriblər.
Mayın 16-da isə Maaliyə şöbəsinin müdiri Hüseynağa Gülüşov polis şöbəsinə gedərək Zabitin həbsinin  izi azdırmaq üçün olduğunu deyib və mənzilinin qardaşım tərəfindən qarət edilmədiyin bildirib. Bundan sonra qardaşıma guya ki, ictimai asayişi pozduğuna görə, inzibati olaraq 5 sutka həbs verilib.Zabit necə ictimai asayişi poza  bilərdi ki, o mayın 14-dən 16-na dək istintaq altında olub və ona işgəncə verilib?”
Avropa.info ilə əlaqə saxlayan Zabit Məhərrəmov da onun heç bir əsası olmadan həbs edildiyini və iki gün Sabirabad Polis şöbəsində fiziki və mənəvi işgəncələrə məruz qaldığını deyib. “Cinayət Axtarış şöbəsinin rəisi Vüsal adlı şəxs bir neçə nəfər polislə məni vəhşicəsinə döyərək üzümə qarşı var-yoxumu söyürdülər.İndi də məndən əl çəkmirlər. Heç bir əsas olmadan demək olar ki, hər gün məni poliş şöbəsinə çağırırlar. Daha bezmişəm bunların əlindən.” (Avropa.info)

  • Yazılıb
  • da (də) 2013 Jun 03