Tarix : 2013 Jun 02
Kod 38546

Erməni diasporu Amerika əyalətləri vasitəsilə Qarabağın müstəqilliyini tanıtmağa çalışır

Qarabağ Azərbaycan Respublikasının ərazisi olub və 1992-ci ildə Ermənistan tərəfindən işğal edilib
/Aran Agentliyi

Qarabağ Azərbaycan Respublikasının ərazisi olub və 1992-ci ildə Ermənistan tərəfindən işğal edilib.

ABŞ-ın Luiziana ştatı erməni diasporunun təzyiq və nüfuzu nəticəsində Qarabağın müstəqilliyini tanımaq fikrindədir.

AranNews - Ermənistan mediasının verdiyi informasiyaya əsasən, ABŞ-ın Luiziana ştatının qanunverici mərkəzi Qarabağın müstəqilliyini rəsmi surətdə tanımışdır. Ştatın nümayəndələri prezidentdən və ABŞ Konqresindən Qarabağ xalqının demokratiya və teleyini müəyyən etmə  haqqının bərpa etmələri üçün kömək etmələrini istəyiblər.

Qeyd edək ki, Luiziana artıq Qarabağın müstəqilliyini tanıyan dördüncü əyalətdir. Bundan qabaq Men ştatının Nümayəndələr Palatası və Senatı Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıyan birgə qətnamə qəbul etmişdi.

AranNewsin məlumatına görə Qarabağ həmişə Azərbaycan Respublikasının ərazisi olub və 1992-ci ildə Ermənistan tərəfindən işğal edilib.

  • Yazılıb
  • da (də) 2013 Jun 02